MLS Kubokunun finalında “İnter Mayami” və “Vankuver Uaytkeps” qarşılaşıblar. Oyun Fort-Loderdeyldəki “DRV PNC” stadionunda baş tutub.
İdman.Biz xəbər verir ki, Florida komandası 3:1 hesabı ilə qalib gəlib.
Səkkizinci dəqiqədə Edier Okampo öz qapısına qol vuraraq Florida komandasına üstünlük qazandırıb. Əli Əhməd 60-cı dəqiqədə hesabı bərabərləşdirib. 71-ci dəqiqədə Rodriqo De Pol “İnter”in üstünlüyünü bərpa edib. Tadeo Allende 90+6-cı dəqiqədə mayamililərin üçüncü qolunu vurub.
Bu, “İnter Mayami”nin ilk MLS Kubokudur.
