İtaliya A Seriyasının 14-cü turunun “Verona” və “Atalanta” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar Veronadakı “Stadio Marcantonio Bentegodi”də qarşılaşıblar.
Qarşılaşma ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Verona”nın müdafiəçisi Rafik Belqali matçın ilk qolunu 28-ci dəqiqədə vurub. Ev sahibi komandanın hücumçusu Jiovane 36-cı dəqiqədə komandasının üstünlüyünü artırıb. Yarımmüdafiəçi Antuan Bernede 71-ci dəqiqədə üstünlüyü 3 topa çatdırıb. “Atalanta”nın hücumçusu Canluka Skamakka 82-ci dəqiqədə penaltidən qollardan birinin əvəzini çxıb.
14 oyundan sonra “Verona” doqquz xalla Seriya A turnir cədvəlində sonuncudan sonra ikinci, 19-cu yerdədir. “Atalanta” isə 16 xalla 12-ci pillədə qərarlaşıb.
