Xeyirxah insanların diqqətinə: Azərbaycanda döyüş sənəti üzrə əməkdar məşqçinin köməyə ehtiyacı var

Müsahibə
5 Dekabr 2025 12:30
54
Xeyirxah insanların diqqətinə: Azərbaycanda döyüş sənəti üzrə əməkdar məşqçinin köməyə ehtiyacı var

Azərbaycanın karate və cüdo-jitsu məktəbinin əsasını qoyan, əməkdar məşqçi Mirəli Seyidov ağır durumdadır.

Bu barədə İdman.Biz-ə məşqçinin oğlu Tehran Seyidov məlumat verib.

Onun sözlərinə görə, Mirəli müəllim uzun müddətdir IV mərhələ xərçəng və şəkərli diabetlə mübarizə aparır:

“Atam xərçəng olduğunu öyrənəndə o qədər qorxdu ki, buna görə onda diabet yarandı. Sonra metastazlar əmələ gəldi, diabetdən bir gözündə görmə itdi, ayağında ciddi problemlər yarandı. Həkimlər amputasiya tövsiyə edir”.

Ailə hansı problemi əvvəl həll etməli olduğunu bilmədiyi vaxt daha bir ağır xəbər gəlib - çoxsaylı dərmanlar və kimyaterapiya fonunda Mirəli müəllimin böyrəkləri fəaliyyətini dayandırmağa başlayıb.

Artıq bu gün axşam Mirəli Seyidovun böyrəklərində əməliyyat aparılacaq. Tehran Seyidov bildirir ki, “bu sadəcə başlanğıcdır” - qarşıda həll olunmalı digər sağlamlıq problemləri də var.

Böyrək əməliyyatının qiyməti 10 min manatdır. Ailə bu məbləğin yalnız yarısını ödəyə bilib və hazırda xəstəxanaya 5 min manat borcludurlar.

İdman.Biz Xeyirxah insanları Azərbaycanın döyüş sənətlərinin inkişafına böyük töhfə vermiş əməkdar məşqçiyə yardım etməyə çağırır.

Dəstək göstərmək istəyənlər aşağıdakı “Leo Bank” kart nömrəsinə vəsaiti köçürə bilərlər:

4098 5844 5854 7005

Tehran Seyidovla əlaqə üçün: +994 55 750 81 01

Leyla Eminova

İdman.Biz