Azərbaycanda idmançı arvadı tərəfindən döyülən ər məhkəməyə şikayət edib - VİDEO

Xəbərlər
4 Dekabr 2025 22:31
48
Azərbaycanda idmançı arvadı tərəfindən döyülən ər məhkəməyə şikayət edib - VİDEO

Azərbaycanda kişi idmançı həyat yoldaşı tərəfindən uzun müddət mütəmadi olaraq fiziki zorakılığa məruz qalıb.

İdman.Biz bildirir ki, bu barədə vəkil Toğrul Allahyarov sosial şəbəkədə məlumat yayılıb.

Məlumata əsasən, ər məişət zorakılığı ilə bağlı məhkəməyə müraciət edib və nəticədə onun xeyrinə mühafizə orderi verilib. Məhkəmə qərarına əsasən qadının ərinə yaxınlaşması müəyyən müddətə qadağan edilib.

Qeyd edək ki, bu hadisə ölkədə bu mövzuda, yəni, ailədə ərə qarşı məişət zorakılığı barədə qeydə alınan nadir hallardan biri olub.

İdman.Biz