“Şəkil çəkdirib getdilər” iddiası ilə bağlı Badminton Federasiyasının İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO/VİDEO

Xəbərlər
3 Dekabr 2025 18:05
79
“Şəkil çəkdirib getdilər” iddiası ilə bağlı Badminton Federasiyasının İDMAN.BİZ-ə AÇIQLAMASI - FOTO/VİDEO

Mingəçevirdə 10 nömrəli orta məktəbdə Badminton Federasiyasının nümayəndələrinin tətil zamanı təlim keçmək adı ilə beşinci sinif şagirdlərini bir araya toplasalar da, yalnız şəkil çəkdirib getdikləri iddia olunub.

İdman.Biz səsləndirilən iddialarla əlaqədar Badminton Federasiyası ilə əlaqə saxlayıb.

Qurumdan saytımıza bildirilib ki, yayılan iddialar əsassızdır və sözügedən məktəbdə həmin təlim keçirilib.

Təlimdən görüntülər

Əlavə edilib ki, sosial şəbəkələrdə yayılan foto həmin tədbirdən deyil, daha əvvəl baş tutan “Shuttle Time” layihəsinə aid görüntüdür.

Qurumun sözcüsu Kənan Hakimov əlavə edib ki, mütəxəssislər Mingəçevirdə olduqları gün zaldakı digər idman tədbirinə görə (basketbol üzrə yarış) təxminən 1 saat 40 dəqiqə gözləməli olublar.

“Federasiya tərəfindən ayrılan mütəxəssislər ölkənin müxtəlif bölgələrini gəzərək uşaqlara badmintonun təməl qaydalarını öyrədirlər və təlimlər zamanı federasiya tərəfindən verilmiş idman inventarından istifadə olunur. Mütəxəssislər qısa müddətdə demək olar ki, ölkənin bütün rayonlarını əhatə ediblər. Badminton avadanlıqları 12 zona üzrə Təhsil Regional İdarələrinə təhvil verilib”, - deyə K.Hakimov bildirib.

Yusif Sadıqlı

İdman.Biz

Məqalədə: