Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqada keçirilən "International Challenge" kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.
Bu barədə İdman.Biz-ə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21:12, 21:13).
O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21:12, 21:19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçu (21:15, 21:14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub - 0:2 (14:21, 17:21).