Bakıda keçiriləcək Avropa Badminton Yarışlarının təşkili müzakirə olunub - FOTO

5 May 2026 20:00
153
Bakıda keçiriləcək Avropa Badminton Yarışlarının təşkili müzakirə olunub

Noyabrın 18-dən 22-dək Bakıda keçiriləcək Avropa Badminton Yarışlarına hazırlıq məqsədilə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov arasında görüş keçirilib.

Bu barədə İdman.Biz ABF-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, turnirin yüksək səviyyədə təşkili və digər təşkilati məsələlər müzakirə olunub.

İdman.Biz