Qubada yeniyetmələr arasında badminton yarışı keçiriləcək

4 May 2026 12:01
169
Qubada yeniyetmələr arasında badminton yarışı keçiriləcək

12-13 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış 2012-2013-cü il təvəllüdlü idmançılar (U-15) arasında təşkil olunacaq.

Qeyd edək ki, turnir Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.Biz