Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasına seçilib - FOTO

23 Aprel 2026 16:40
152
Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasına seçilib - FOTO

Danimarkanın Horsens şəhərində Avropa badminton qurumunun hesabat-seçki konfransı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.

Bununla da o, 2026-2030-cu illər ərzində qurumun idarəçiliyində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

İdman.Biz