Bakıda "Parabadminton Günü" keçirilib - FOTO

18 Aprel 2026 01:35
161
Bakıda "Parabadminton Günü" keçirilib - FOTO

Aprelin 17-də Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunub. Tədbirin əsas məqsədi fiziki məhdudiyyətli gənclər arasında idmana marağı artırmaq və onları parabadminton növü ilə yaxından tanış etmək olub.

İdman.Biz xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandanın parabadmintonçuları iştirak ediblər.

Layihə çərçivəsində iştirakçılar parabadmintonun qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. Yeniyetmə və gənclər peşəkar məşqçilərin rəhbərliyi altında məşqlərə qatılaraq bu idman növünü sınaqdan keçirmək imkanı qazanıblar.

İdman.Biz