Dünya Badminton Federasiyasının milli komandalar üzrə REYTİNQ SİYAHISI

Xəbərlər
9 Oktyabr 2025 12:24
49
Dünya Badminton Federasiyasının milli komandalar üzrə REYTİNQ SİYAHISI

Dünya Badminton Federasiyası ( BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan milli komandası reytinq sıralamasında dörd pillə irəliləyərək 23-cü sıraya yüksəlib.

Qeyd edək ki, komandamızın hesabında 2300 reytinq xalı var.

Xatırladaq ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı. Badminton millimiz son doqquz ay ərzində reytinqdə 24 pillə irəliləyib.

İdman.Biz