Braziliyada idman zalında faciə: Ştanq 55 yaşlı kişinin sinəsinə düşdü - VİDEO

Xəbərlər
5 Dekabr 2025 12:54
42
Braziliyada idman zalında faciə: Ştanq 55 yaşlı kişinin sinəsinə düşdü - VİDEO

Braziliyada idman zalında baş verən hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, Ronald Xose adlı şəxs təqribən 48 kiloqram çəkisi olan ştanqı sinəsi üstünə qaldırmağa çalışır.

Məhz bu anda ştanq onun nəzarətindən çıxaraq sinəsinə düşür.

Kişi ştanqı kənara itələyərək onun altından çıxsa da, bir neçə addım sonra huşunu itirərək yerə yıxılıb və ölüb.

İdman.Biz

Məqalədə: