PSJ ardıcıl beşinci dəfə Fransa çempionluğunu qazanıb.
İdman.Biz xəbər verir ki, Liqa 1-in 29-cu turunda parislilər “Lans”ı 2:0 hesabı ilə məğlub ediblər. Bu qələbə ilə PSJ 76 xal qazanaraq çempionluq titulunu vaxtından əvvəl təmin edib.
Parislilər sonuncu dəfə 2020/2021 mövsümündə çempionluğu qazana bilməyiblər. Həmin mövsüm “Lill” titulu qazanıb, PSJ isə turnir cədvəlində çempionlardan bir xal geridə qalaraq ikinci yeri tutub.
Fransa çempionatının son turunda PSJ “Paris”lə, “Lans” isə “Lion”la qarşılaşacaq.
