Uşuçularımız Avropa çempionatından 15 medalla Vətənə qayıdıblar - FOTO

12 May 2026 12:51
165
Uşuçularımız Avropa çempionatından 15 medalla Vətənə qayıdıblar - FOTO

Fransanın Lyon şəhərində keçirilən uşu üzrə 20-ci Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə dönüblər.

İdman.Biz xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanı-da Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, məşqçilər, valideynlər və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Komanda baş məşqçi Eminov Elçinin rəhbərliyi altında yarışda yüksək nəticə göstərərək ümumilikdə 15 medal qazanıb.

Qızıl medalçılar

Rüstəmzadə Tunar (48 kq, yeniyetmələr, Sanda), İbrahimov Xəyal (52 kq, gənclər, Sanda), Süleymanov Səid (56 kq, gənclər, Sanda), Quluzadə Zaur (70 kq, gənclər, Sanda), Cabbarlı Əli (56 kq, gənclər, Light Sanda), Əsgərov Nihat (60 kq, gənclər, Light Sanda) və Eminov Elçin (70 kq, böyüklər, Light Sanda) birinci yeri tutublar.

Gümüş medalçılar

Hüseyn Ömər (56 kq, yeniyetmələr, Sanda), Məmmədli Məhəmməd (48 kq, gənclər, Sanda), Muradov Elçin (56 kq, gənclər, Light Sanda), Samsur Harun (75 kq, gənclər, Sanda) və Hüseynov Babək (100+ kq, böyüklər, Tuişou) ikinci yeri qazanıblar.

Bürünc medalçılar

Mikayılov Nadir (65 kq, gənclər, Sanda), Gözəlov Bəylər (75 kq, Light Sanda) və Soltanlı Xədicə (48 kq, qadınlar) üçüncü yeri əldə ediblər.

Qeyd edək ki, Azərbaycan komandası çempionatı yeddi qızıl, beş gümüş və üç bürünc medalla başa vuraraq Avropada uşu üzrə növbəti uğuruna imza atıb.

Qazanılan nəticələr Azərbaycan uşusunun Avropada növbəti böyük uğuru kimi yadda qalıb.

İdman.Biz