“Qarabağ” futbol klubu "AVIS" Azərbaycan ilə əməkdaşlığa başlayıb.
İdman.Biz xəbər verir ki, müqaviləyə əsasən, şirkət klubun rəsmi nəqliyyat tərəfdaşı olacaq.
2026-2029-cu illəri əhatə edən əməkdaşlıq çərçivəsində klubun nəqliyyat ehtiyaclarının qarşılanması, həmçinin birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Razılaşmaya əsasən, AVIS Azərbaycan loqosu “Qarabağ”ın ev oyunları zamanı stadionda, məşq bazalarında və klubun rəsmi kommunikasiya platformalarında yerləşdiriləcək.
