Fərid Qayıbov Milli Yaylaq Festivalının əhəmiyyətindən danışdı - VİDEO

25 İyul 2026 19:43
122
Fərid Qayıbov Milli Yaylaq Festivalının əhəmiyyətindən danışdı

Göygöl rayonunun Xan yaylağında keçirilən V Milli Yaylaq Festivalının açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov festivalın milli-mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyətini vurğulayıb.

İdman.Biz xəbər verir ki, nazir belə tədbirlərin əsas məqsədinin milli adət-ənənələrin yaşadılması və gənc nəslə aşılanması olduğunu bildirib.

Nazir ölkədə keçirilən festivalların milli irsin yaşadılmasına töhfə verdiyini vurğulayaraq, tədbirin təşkilinə görə Göygöl Rayon İcra Hakimiyyətinə, Cavad Xan Fonduna və tərəfdaş qurumlara təşəkkür edib.

Sonda Fərid Qayıbov festival iştirakçılarını təbrik edərək, bu cür tədbirlərin ölkədə daha geniş miqyasda davam etməsini arzulayıb.

Qeyd edək ki, Fərid Qayıbov festival çərçivəsində yaradılan idman zonalarına baş çəkərək keçirilən yarışları izləyib.

İdman.Biz