Göygöl rayonunun Xan yaylağında yerləşən “Xan Yurdu” Etnoqəsəbəsində Beşinci Milli Yaylaq Festivalı keçirilir.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi idman zonaları festival iştirakçılarının ixtiyarına verilib.
Festivalın açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov ərazidə qurulan idman stendləri ilə tanış olub. Nazir daha sonra idman yarışlarının keçirildiyi zonaya yaxınlaşaraq iştirakçıların mübarizəsini izləyib, festival iştirakçılarının idman fəallığını seyr edib.
Festival ərazisində kəndirlə dartma, voleybol, futbol, tir, oxatma və digər idman növləri üzrə xüsusi məkanlar yaradılıb.
İştirakçılar ayrılmış zonalarda həm fərdi, həm də komanda idman növlərində bacarıqlarını sınamaq imkanı qazanıblar. İdman məkanları müxtəlif yaş qruplarından olan festival qonaqlarının böyük marağına səbəb olub.
Layihənin əsas məqsədi milli yaylaq ənənələrini yaşatmaqla yanaşı, sağlam həyat tərzinin, fiziki fəallığın və kütləvi idmanın təşviqinə töhfə verməkdir.
@idman.biz Fərid Qayıbov Göygöldə keçirilən Milli Yaylaq Festivalında
♬ original sound Idman və Biz
