Şakira ilə DÇ-2026-nın finalında çıxış edən rəqqasə: “İndi məni bütün dünya tanıyır”

24 İyul 2026 17:36
91
Şakira ilə DÇ-2026-nın finalında çıxış edən rəqqasə: “İndi məni bütün dünya tanıyır”

2026-cı il dünya çempionatının final mərasiminin iştirakçılarından olan 10 yaşlı rusiyalı rəqqasə Yeseniya Mixeyeva Şakira ilə eyni səhnəni bölüşməsindən danışıb.

İdman.Biz sport24.ru-ya istinadən xəbər verir ki, ABŞ-da yaşayan və peşəkar xoreoqrafların ailəsində böyüyən Mixeyeva bildirib ki, final şousunda çıxış etmək onun üçün unudulmaz təcrübə olub.

“Özümü əla hiss edirdim. İndi məni bütün dünya tanıyır”, – deyə o bildirib.

Rəqqasənin valideynləri isə Şakiranın məşqlərin hamısında iştirak etdiyini, bütün iştirakçılarla səmimi davrandığını vurğulayıblar.

“Şakira hamını qucaqlayır, öpür, hər detal ilə maraqlanırdı. O, təkcə böyük sənətçi deyil, həm də çox səmimi insandır”, – deyə Yeseniyanın atası Aleksandr Mixeyev bildirib.

Ailənin sözlərinə görə, Şakira Yeseniyanın sosial şəbəkədə paylaşdığı rəqs videosunu bəyənərək onu dünya çempionatının bağlanış mərasimində birlikdə çıxış etməyə dəvət edib.

Mixeyeva "America's Got Talent" yarışmasının yarımfinalçısı olub və NBA klubu "Atlanta Hawks"ın rəqs komandasında çıxış edib.

İdman.Biz