Azərbaycanın vinq çun komandasının beynəlxalq turnir üçün heyəti müəyyənləşib

22 İyul 2026 14:21
90
Azərbaycanın vinq çun komandasının beynəlxalq turnir üçün heyəti müəyyənləşib

Çinin Foşan şəhərində keçiriləcək vinq çun üzrə beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan idmançıları məlum olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Vinq Çun Federasiyası və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda 12 idmançı təmsil olunacaq.

Onlar aşağıdakılardır:

Böyüklər

Aydın Sayadlı - 60 kiloqram

Elvin Həsənov - 65 kiloqram

Emil Əliyev - 70 kiloqram

Azər Sahibi - 70 kiloqram

Fərid Mürsəlov - 75 kiloqram

Yeniyetmələr

Nailə Əliyeva - 50 kiloqram

Elnur Kərimov - 56 kiloqram

Məryəm Mahal - 60 kiloqram

Xədicə Həbib - 65 kiloqram

Xalid Əliyev - 75 kiloqram

Elmar Nəzərov - 80 kiloqram

Ustad

Asif Sayadov - 85 kiloqram

Qeyd edək ki, hər bir iştirakçı Çisao (sərbəst döyüş) və Taolu (standartlaşdırılmış hərəkətlərin nümayişi) növləri üzrə mübarizə aparacaq. Azərbaycan komandası mübarizəyə iyulun 24-də start verəcək. Yarışa iyulun 27-də yekun vurulacaq.

İdman.Biz