Azərbaycan Prezidenti İlham Əliyev İspaniya milli komandasının 2026-cı il futbol üzrə dünya çempionu olması münasibətilə İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir kİ, təbrik məktubunda deyilir:
"Əlahəzrət,
2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".
