Bakıda həvəskarlar arasında nərd turniri keçiriləcək

19 İyul 2026 09:55
332
Bakıda həvəskarlar arasında nərd turniri keçiriləcək

Bakıda həvəskar kişilər və qadınlar arasında nərd turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə təşkil olunacaq.

Turnir 24 iyul 2026-cı il saat 11:00-da İçərişəhərdə, “Qız qalası” abidəsinin ətrafındakı açıq məkanda keçiriləcək.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

İdman.Biz