İdman jurnalistini əvvəl güllələdilər, sonra yandırdılar

22 İyul 2026 19:52
86
İdman jurnalistini əvvəl güllələdilər, sonra yandırdılar

İtaliyada idman jurnalisti vəhşicəsinə qətlə yetirilib.

İdman.Biz bildirir ki, 53 yaşlı Luka Espozitonun cəsədi Eboli şəhərində tapılıb.

O, “Salerno” qəzetində işləyirmiş və “Tutto Salernitana” saytının baş redaktoru idi. Onu ilk olaraq hadisə yerində atılmış avtomobildən aşkar ediblər.

Yanğınsöndürənlər onun yanmış cəsədini aşkar ediblər. Meyit müayinəsi zamanı onun güllələndiyi və sonra yandırıldığı məlum olub.

İdman.Biz