Lənkəranda beşinci “YAŞAT” düşərgəsi çərçivəsində uşaqlar üçün müxtəlif idman fəaliyyətləri təşkil olunur.
İdman.Biz xəbər verir ki, iyunun 15-dən start götürən düşərgə “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” hotelinin tərəfdaşlığı ilə keçirilir.
Ümumilikdə 400-ə yaxın şəhid övladının iştirak etdiyi düşərgədə 10-11 və 12-13 yaş kateqoriyalarında uşaqlar yer alır.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgə çərçivəsində “Sağlam həyat” layihəsi həyata keçirilir. Həmçinin regionun məşqçi-müəllimləri tərəfindən səhər idmanı təşkil olunur.
Düşərgənin əsas məqsədi uşaqların sağlam həyat tərzinə təşviq edilməsi, fiziki aktivliyə cəlb olunması və asudə vaxtlarının səmərəli təşkilidir. Bu istiqamətdə iştirakçılar üçün müxtəlif idman proqramları və fəaliyyətlər keçirilir.
