Göygöl rayonunun Xan yaylağındakı “Xan Yurdu” Etnoqəsəbəsində Beşinci Milli Yaylaq Festivalı keçirilir.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi festival ərazisində müxtəlif idman qurğuları yerləşdirib.
Burada kəndirlə dartma, voleybol, futbol, tir, ox atıcılığı və digər idman növləri ilə məşğul olmaq üçün ayrıca zonalar yaradılıb.
Festival iştirakçıları ayrılan ərazilərdə həm fərdi, həm də komanda idman növlərində bacarıqlarını sınamaq imkanı əldə ediblər. İdman zonaları müxtəlif yaş qruplarından olan iştirakçıların marağına səbəb olub.
Layihənin əsas məqsədi milli yaylaq ənənələrinin nümayişi ilə yanaşı, sağlam həyat tərzinin və fiziki fəallığın təşviq edilməsidir.
@idman.biz Gənclər və İdman Nazirliyi festival ərazisində bir sıra idman növləri üçün xüsusi sahələr ayırıb 🤝🏻 #yaylaqfestivali #azərbaycanidmanı #kesfet ♬ orijinal ses - Idman və Biz
