Messi Argentina millisindəki komanda yoldaşlarına hədiyyələr verdi

27 İyul 2026 13:09
130
Messi Argentina millisindəki komanda yoldaşlarına hədiyyələr verdi

Argentina millisinin lideri Lionel Messi dünya çempionatından sonra komanda yoldaşlarına xüsusi hədiyyələr təqdim edib.

İdman.Biz xəbər verir ki, bu barədə müdafiəçi Markos Senesinin sevgilisi Kelsi-Rouz Bovers sosial şəbəkə hesabında məlumat yayıb.

25 futbolçunun hər biri dəbli bel çantasında fərdiləşdirilmiş xüsusi dəst və ənənəvi mate(Cənubi Amerikada, xüsusilə Argentina, Uruqvay, Paraqvay və Braziliyanın bəzi bölgələrində çox məşhur olan ənənəvi bitki içkisidir) içkisindən ibarət hədiyyə alıb.

“Çox gözəl jest və hədiyyələrdir”, - deyə Kelsi-Rouz paylaşımında yazıb.

Qeyd edək ki, Messi və Argentina millisi 2026-cı il dünya çempionatında finala qədər irəliləyib. Lakin həlledici oyunda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz