Voleybol Federasiyasının baş katibi DGK-də baş idarə rəisi təyin olundu

27 İyul 2026 12:55
115
Voleybol Federasiyasının baş katibi DGK-də baş idarə rəisi təyin olundu

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov Dövlət Gömrük Komitəsində (DGK) yüksək vəzifəyə təyin olunub.

İdman.Biz unikal.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun imzaladığı əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Faiq Orucov Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Faiq Orucov hazırda Azərbaycan Voleybol Federasiyasının baş katibidir. O, daha əvvəl Azərbaycan Güləş Federasiyasında da baş katib vəzifəsində çalışıb.

İdman.Biz