Avrokuboklarda qrup mərhələsinin yekununa əsasən mübarizəni davam etdirən klubların sayına görə lider ölkələrin siyahısı açıqlanıb.
İdman.biz xəbər verir ki, siyahıya İtaliya başlıq edir.
Apennin təmsilçisinin 7 komandası beynəlxalq arenada çempionluq iddiasını qoruyur. İkinci yerdə Almaniya, üçüncü pillədə İngiltərə qərarlaşıb.
İtaliya: “İnter”, “Napoli”, “Latsio”, “Atalanta”, “Roma”, “Milan”, “Fiorentina”
Almaniya: “Bavariya”, “Borussiya” D, “Leipziq”, “Bayer”, “Frayburq”, “Ayntraxt”
İngiltərə: “Mançester Siti”, “Arsenal”, “Vest Hem”, “Brayton”, “Liverpul”, “Aston Villa”
Fransa: PSJ, “Marsel”, “Tuluza”, “Renn”, “Lill”, “Lans”
İspaniya “Real”, “Real Sosyedad”, “Atletiko”, “Barselona”, “Vilyarreal”, “Betis”
Qeyd edək ki, dekabrın 18-də İsveçrənin Nyon şəhərindəki Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İdman.biz