FIFA Xorvatiyanın ləğv edilən qolu ilə bağlı bəyanat yayıb - VİDEO

3 İyul 2026 09:20
89
FIFA Xorvatiyanın ləğv edilən qolu ilə bağlı bəyanat yayıb - VİDEO

Xorvatiya futbol millisinin DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya qarşı oyununda ləğv edilən qolla bağlı FIFA bəyanat yayıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın 90+13-cü dəqiqəsində Xorvatiya hesabı bərabərləşdirsə də, baş hakim Espen Eskos VAR-a baxdıqdan sonra qolu ləğv edib. Epizodda Mario Paşaliçin ofsaydda olduğu müəyyənləşib.

FIFA-nın açıqlamasında bildirilib ki, DÇ-2026-nın rəsmi topu “Trionda”ya yerləşdirilən “Connected Ball Technology” sistemi epizod zamanı İqor Matanoviçin topa toxunduğunu qeydə alıb. Bu məlumat hakimin ofsayd qərarını düzgün verməsinə əsas yaradıb.

Qurum qeyd edib ki, topun daxilindəki IMU sensorları ən kiçik təması belə müəyyən edə bilir və hakimlərə daha sürətli, dəqiq qərar vermək üçün əlavə texniki məlumat təqdim edir.

Bu qələbədən sonra Portuqaliya 1/8 finalda prinsipial Pireney derbisində İspaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Portuqaliyaya 1:2 hesabı ilə uduzan Xorvatiya DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb. Komanda DÇ-2022-də yarımfinala, DÇ-2018-də isə finala qədər irəliləmişdi.

İdman.Biz