Xorvatiya futbol millisinin yarımmüdafiəçisi İvan Perişiç DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya qarşı oyunda rekord müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, 37 yaşlı futbolçu qarşılaşmanın 53-cü dəqiqəsində fərqlənib. Perişiç cərimə meydançasında topu qəbul etdikdən sonra sol ayağı ilə uzaq aşağı küncü dəqiq nişan alıb.
Bu qol onun dünya çempionatlarında Xorvatiya millisinin heyətində yeddinci qolu olub. Perişiç bununla milli komandanın rekordunu yeniləyib və DÇ-1998-də altı qol vuran Davor Şukeri geridə qoyub.
İvan Perişiç iştirak etdiyi bütün dünya çempionatlarında qol vurmağı bacarıb. O, DÇ-2014-də iki, DÇ-2018-də üç, DÇ-2022-də isə bir dəfə fərqlənib.
Xorvatiya millisinin dünya çempionatlarındakı bombardirləri siyahısında üçüncü yerdə Mario Mandjukiç qərarlaşıb. Onun aktivində beş qol var.
Qeyd edək ki, bu oyunda Xorvatiya millisi 2:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Portqaliya isə 1/8 finalda İspaniya ilə qarşılaşacaq.
