İsveçrə millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib. Murat Yakinin komandası 1/16 finalda Əlcəzairə 2:0 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, Vankuverdə keçirilən qarşılaşma isveçrəlilər üçün ideal başlayıb. Artıq 10-cu dəqiqədə Bril Embolo sürətli hücumu dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb.
Əlcəzair topa nəzarət və Riyad Mahrezin fəallığı hesabına oyuna qayıtmağa çalışsa da, İsveçrə çox nizamlı müdafiə olunub. Qranit Cakanın komandası zonaları düzgün bağlayaraq rəqibə cərimə meydançası yaxınlığında sərbəst oynamaq imkanı verməyib.
Fasilədən dərhal sonra İsveçrə ikinci zərbəni vurub. 46-cı dəqiqədə Dan Ndoye Əlcəzair müdafiəsinin səhvindən istifadə edərək fərqi artırıb — 2:0.
Bundan sonra avropalılar oyunu nəzarətdə saxlayıblar. Əlcəzair hesabda dönüş yaratmağa çalışsa da, rəqibin etibarlı müdafiəsini yarmaq mümkün olmayıb.
İsveçrə mundialda mübarizəni davam etdirir və 1/8 finalda Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşacaq.
