Futbol üzrə DÇ-2026-nın 1/16 finalında Portuqaliya - Xorvatiya matçının sonlarında Toronto stadionunda gərgin anlar yaşanıb.
İdman.Biz xəbər verir ki, Xorvatiyanın əlavə vaxtda vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib. Bu qərardan sonra stadiondakı emosiyalar yüksəlib.
Bəzi azarkeşlər qərara etiraz olaraq meydana butulka və müxtəlif əşyalar atıblar. Bundan sonra təhlükəsizlik əməkdaşları və polis vəziyyətə müdaxilə edərək arenada asayişi bərpa edib.
Qeyd edək ki, dramatik keçən oyunda Portuqaliyaya 1:2 hesabı ilə uduzan Xorvatiya DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb. Portuqaliya isə 1/8-də İspaniya millisi ilə qarşılaşacaq.
