“Ayntraxt Frankfurt”un sol cinah müdafiəçisi Nataniel Braun karyerasını Avropanın aparıcı klublarından birində davam etdirə bilər.
İdman.Biz bildirir ki, idmançı onu fəal şəkildə izləyən “Barselona”nın diqqətini cəlb edib. Jurnalist Florian Plettenberqin X sosial media platformasında verdiyi məlumata görə, Kataloniya klubundan əlavə, Braun “Mançester Yunayted” tərəfindən yaxından izlənilir.
“Ayntraxt Frankfurt” rəhbərliyi gələn yay Nataniel Braunu saxlaya bilməyəcəklərinə inanır. Lakin Frankfurt klubu onun satışından xeyli məbləğ əldə etməyi gözləyir. Transfer haqqının 60 milyon ilə 70 milyon avro arasında olacağı gözlənilir. Transfermarkt-ın məlumatına görə, oyunçunun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Müdafiəçinin “Ayntraxt”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Bu mövsüm Nataniel Braun bütün yarışlarda 18 oyunda meydana çıxıb. 22 yaşlı oyunçu bir qol vurub və üç məhsuldar ötürmə edib.
