Türkiyə Superliqasında XIV turda lider “Qalatasaray” səfərdə “Fənərbağça” ilə üz-üzə gəlib.
İdman.Biz-in məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Hesabı qonaqlardan 27-ci dəqiqədə Leroy Sane açıb. 90+5-ci dəqiqədə Con Duran hesabı bərabərləşdirib.
https://t.me/idmanbiz/43304“Qalatasaray” 33 xalla liderdir. “Fənərbağça” isə 32 xalla ikinci pillədə qərarlaşıb.
Turun digər qarşılaşmasında “Samsunspor”la “Alanyaspor” qalibi müəyyən edə bilməyiblər – 1:1.
