“Atletik”lə oyun Xabi Alonso üçün həlledici ola bilər

Xəbərlər
1 Dekabr 2025 22:30
35
“Atletik”lə oyun Xabi Alonso üçün həlledici ola bilər

Bu həftə “Atletik Bilbao” ilə keçiriləcək matç Xabi Alonsonun “Real Madrid”dəki gələcəyi üçün həlledici ola bilər.

İdman.Biz bildirir ki, insayder “IndyKaila”nın sözlərinə görə, klub rəhbərliyi təcili iclas keçirəcək.

Eyni mənbə iddia edir ki, komandanın ulduz oyunçuları Xabinin taktikasını şübhə altına alır və klub prezidenti Florentino Peresdən Zinəddin Zidanı geri qaytarmasını istəyirlər.

“Atletik” – “Real” oyunu dekabrın 3-də olacaq. “Real Madrid” son oyunda “Jirona” ilə heç-heçə edib – 1:1.

Hazırda klub 33 xalla çempionatda ikinci yerdədir və lider “Barselona”dan 1 xal geri qalır.

İdman.Biz