Mbappe XXI əsrdə il ərzində 60 qol vuran dfördüncü oyunçu olub

Xəbərlər
1 Dekabr 2025 23:28
15
Mbappe XXI əsrdə il ərzində 60 qol vuran dfördüncü oyunçu olub

“Real Madrid”in hücumçusu Kilian Mbappe 2025-ci ildə 60-cı qolunu vurub.

İdman.Biz bildirir ki, o, bunu “Jirona” ilə 1:1 başa çatan oyunda edib.

Fransız hücumçu 21-ci əsrdə bu qol sayına çatan dördüncü oyunçu olub.

Bu yüzillikdə yalnız Kriştianu Ronaldu (2012-ci ildə 63 qol, 2013-cü ildə 69 qol, 2014-cü ildə 61 qol), Robert Levandovski (2021-ci ildə 69 qol) və Lionel Messi (2012-ci ildə 91 qol) bir təqvim ilində daha çox qol vurublar.

“Real Madrid” hazırda İspaniya çempionatının turnir cədvəlində lider “Barselona”dan bir xal geridə qalaraq ikinci yerdədir.

İdman.Biz