“Milan” “Anje”nin 18 yaşlı forvardını almaq istəyir

Xəbərlər
1 Dekabr 2025 23:13
29
“Milan” “Anje”nin 18 yaşlı forvardını almaq istəyir

Fransanın “Anje” klubunun hücumçusu Sidiki Şerif gənc hücumçu axtaran “Milan”ın diqqətini cəlb edib.

İdman.Biz bu barədə jurnalist və insayder Nikola Şkiraya istinadən xəbər verir.

Məlumata görə, “Milan” Fransa liqasının ən perspektivli oyunçularından biri hesab edilən 18 yaşlı futbolçunu hədəfləyir.

“Milan”ın skaut şöbəsi cari mövsümün əvvəlindən Şerifin oyunlarını izləyir. Gənc oyunçu potensial gələcək transfer kimi qiymətləndirilir. Onun “Anje” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Sidiki Şerif bu mövsüm Fransa liqasında 14 oyunda meydana çıxıb və üç qol vurub. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.

İdman.Biz

Məqalədə: