Türkiyə klubu oyunçu çatışmazlığına görə çempionatın oyununa çıxmayacaq

Xəbərlər
29 Noyabr 2025 01:26
21
Türkiyə klubu oyunçu çatışmazlığına görə çempionatın oyununa çıxmayacaq

Türkiyənin İkinci Liqasının təmsilçisi “Yeni Malatyaspor” sabahkı “Adanaspor”la oyuna çıxa bilməyəcəyini açıqlayıb.

İdman.Biz bildirir ki, səbəb oyunçu çatışmazlığıdır.

Klubun mətbuat katibi Bora Özkan bildirib ki, davam edən mərc araşdırması və zədələr komandanı kritik bir mərhələyə salıb.

“Mərc araşdırması və zədələr səbəbindən, mövcud oyunçuların olmaması səbəbindən sabahkı oyunda iştirak etməyimiz qeyri-mümkün hesab olunur. Texniki komandamız və oyunçularımızla apardığımız hərtərəfli qiymətləndirmələrdən sonra bütün səylərə baxmayaraq, heyətimizin İkinci Liqanın 13-cü həftəsində yarışmaq üçün yetərli olmadığı qənaətinə gəldik. Bu qərar, mövcud vəziyyətə baxmayaraq, klubun gələcəyini qorumaq üçün zəruri bir addımdır”, - açıqlamada deyilir.

İdman.Biz