35 yaşlı “Barselona”nın qapıçısı Voytsex Şensnı “Yuventus”dakı karyerası haqqında fikirlərini bildirib.
İdman.Biz bildirir ki, qapıçı 2017-ci ildən 2024-cü ilə qədər “Yuventus”da oynayıb.
“Buffonu əvəz edə bildim. Qapıçı üçün bundan çətin sınaq olmayıb. Düşünürdüm ki, iki-üç il oynayacağam, sonra isə daha gənc oyunçu axtarmağa başlayacaqlar. Bunun əvəzinə, “Yuventus”un ən yaşlı oyunçusu, ən çox oyun keçirən, ən təcrübəli, komandanı quran oyunçu olana qədər müqaviləmi yeniləməyə davam etdim”, - deyə Canluka Di Marzio Şensnıdan rəsmi saytında sitat gətirib.
Şensnı 2024-cü ilin avqustunda karyerasını başa vursa da, oktyabr ayında karyerasına davam edərək Kataloniya klubuna qoşulub. O, bu mövsüm doqquz oyun keçirib və 17 qol buraxıb.
Turin klubunun tərkibində oyunçu üç dəfə İtaliya çempionu olub, üç dəfə İtaliya Kubokunu, həmçinin iki dəfə Superkuboku qazanıb.
