Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Mançester Yunayted”in 11 oyunçusu bu yay komandadan ayrıla bilər – The Sun - İdman və Biz

“Mançester Yunayted”in 11 oyunçusu bu yay komandadan ayrıla bilər – The Sun

Xəbərlər
28 Noyabr 2025 22:23
17
“Mançester Yunayted”in 11 oyunçusu bu yay komandadan ayrıla bilər – The Sun

“Mançester Yunayted”in idarə heyəti baş məşqçi Ruben Amorimi dəstəkləməyə və bu yay yeni oyunçularla müqavilə imzalamağa hazırdır.

Lakin, “The Sun” qəzetinin məlumatına görə, bunun üçün “qırmızı şeytanlar”ın hazırkı oyunçularının satışı və ya komandadan ayrılması tələb olunacaq.

İdman.Biz bildirir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçilər Brunu Fernandeş, Kazemiro, Kobbi Maynu və Manuel Uqarte; müdafiəçilər Harri Maquayr və Tayrell Malasia; hücumçular Ceydon Sanço, Markus Reşford, Coşua Zirkzee və Rasmus Höylund ilə yollarını ayıra bilər.

“Mançester Yunayted”in qapıçı Altay Bayındırı komandadan çıxarması da mümkündür.

“Qırmızı şeytanlar”ın bu yay bir neçə yarımmüdafiəçi, yeni qapıçı və bir cinah hücumçusu ilə müqavilə imzalaya biləcəyi bildirilir.

İdman.Biz