Dastan Satpayev Yamal və Fatidən sonra Çempionlar Liqasında qol vuran üçüncü ən gənc oyunçudur

Xəbərlər
29 Noyabr 2025 01:45
36
Dastan Satpayev Yamal və Fatidən sonra Çempionlar Liqasında qol vuran üçüncü ən gənc oyunçudur

“Kayrat”ın hücumçusu Dastan Satpayev (17 il 106 gün) “Barselona”nın hücumçuları Lamin Yamaldan (17 il 68 gün) və Ansu Fatidən (17 il 40 gün) sonra Çempionlar Liqasında qol vuran üçüncü ən gənc oyunçu oldu.

İdman.Biz-in xəbərinə görə, Liqanın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

Qazaxıstanlı hücumçu Çempionlar Liqasının 5-ci turunda “Kopenhagen”ə (3:2) qarşı qol vurub. Satpayev 81-ci dəqiqədə vurduğu qolla fərqlənib.

Xatırladaq ki, hücumçu 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq. Transfermarkt portalındakı məlumata görə, 17 yaşlı futbolçunun bazar dəyəri 3 milyon avrodur.

İdman.Biz