“Mançester Yunayted” “Roma”nın sağ cinah müdafiəçisi Zəki Çeliklə müqavilə imzalamaqda maraqlıdır.
Bu barədə İdman.Biz TEAMtalk-a istinadən məlumat verir.
“Liverpul” və “Arsenal” “qırmızı şeytanlar”ın rəqibləri arasında ola bilər.
Mənbənin məlumatına əsasən, “Roma” 28 yaşlı futbolçuya dəyər verir və onun bu yay başa çatacaq müqaviləsini uzatmaq istəyir. Lakin oyunçunun özü qərar verməkdə tələsmir və yaxın həftələrdə bütün konkret təklifləri qiymətləndirməyi planlaşdırır.
Çelik 2022-ci ildən “Roma”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 6 milyon avrodur.
