Levandovski “Fənərbaxça”ya keçmək təklifini rədd edib

Xəbərlər
26 Noyabr 2025 00:12
24
Levandovski “Fənərbaxça”ya keçmək təklifini rədd edib

“Barselona”nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsi zamanı Türkiyənin “Fənərbaxça” klubuna keçmək təklifini rədd edib.

İdman.Biz-in məlumatına görə, jurnalist Florian Plettenberq bu barədə sosial mediada məlumat verib.

Plettenberqin sözlərinə görə, İstanbul klubu polşalı hücumçuya maraq göstərib, lakin o, ən azı yaya qədər İspaniya klubunda qalmaq istəyir. 37 yaşlı futbolçunun “blauqrana” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Levandovski “Barselona”ya 2022-ci ildə “Bavariya”dan keçib. O, Kataloniya komandasında 160 oyun keçirib, 109 qol vurub və 20 məhsuldar ötürmə edib, ikiqat İspaniya çempionu və İspaniya Kubokunun qalibi olub.

13 turdan sonra “Barselona” La Liqa turnir cədvəlində “Real Madrid”dən bir xal geridə qalaraq ikinci yerdədir.

İdman.Biz