Nigeriya Afrika Millətlər Kubokunun yarımfinalına yüksəlib - VİDEO

Xəbərlər
10 Yanvar 2026 22:11
57
Nigeriya Afrika Millətlər Kubokunun yarımfinalına yüksəlib

Əlcəzair və Nigeriya arasında Afrika Millətlər Kubokunun dörddəbir final oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Nigeriya komandası 2:0 hesablı qələbə qazanıb.

47-ci dəqiqədə hücumçu Viktor Osimhen Nigeriyanı irəli çıxarıb. Hücumçu Akor Adams 57-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Nigeriya 14 yanvarda yarımfinalda Mərakeşlə qarşılaşacaq.

İdman.Biz