“Espanyol”un baş məşqçisi: “Bazar ertəsi axşama oyun təyin etmək axmaqlıqdır”

Xəbərlər
25 Noyabr 2025 00:51
30
“Espanyol”un baş məşqçisi: “Bazar ertəsi axşama oyun təyin etmək axmaqlıqdır”

“Espanyol”un baş məşqçisi “Sevilya” ilə oyunun vaxtından narazıdır.

İdman.Biz bildirir ki, La Liqanın 12-ci turu yerli vaxtla saat 21:00-da, Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

“Mən ümumilikdə danışıram, təkcə “Espanyol”dan danışmıram. Bazar ertəsi matçları futbol və liqa üçün pisdir. Bu, sadəcə sağlam düşüncədir. Əgər möhtəşəm oyun və dolu stadionlar istəyiriksə, onda insanların ertəsi gün işə getmək üçün erkən qalxmalı olduqları bazar ertəsi günü saat 21:00-a oyun təyin etmək axmaqlıqdır”.

Digər liqalardan öyrənməli olduğumuz şeylər də var. Qışda və yayda oynamaq eyni deyil. Qışda saat 21:00-da dəhşətli dərəcədə soyuq olur.

Almaniyada və ya Premyer Liqada matçlar saat 15:30-da başlayır. Premyer Liqa pul qazanmağın bir nümunəsidir və mənim fikrimcə, bu, cümə və ya bazar ertəsi günləri oynadıqları üçün deyil. Kimsə özünə diqqətlə baxmalıdır.

Bu, sağlam düşüncədir. Məsələn, yanvar ayında saat 16:00-da, “Cultural Leonesa”nın Leonda oynadığı oyunu izləmək bir şeydir, saat 21:00-da izləmək isə tamam başqa. Premyer Liqada və ya Bundesliqada stadionların dolu olduğunu görəndə həqiqətən də paxıllıq edirəm2, - deyə Manolo Qonsales qeyd edib.

İdman.Biz

Məqalədə: