“Barselona” Superkubokda tarixi ardıcıllığı yeniləyə bilər

Xəbərlər
11 Yanvar 2026 19:15
51
“Barselona” Superkubokda tarixi ardıcıllığı yeniləyə bilər

İspaniya Superkubokunda “Barselona” üçün tarixi bir fürsət yaranıb. Katalon klubu son illərin statistikasına əsasən, yenidən ardıcıl titul qazanmağa yaxınlaşır.

İdman.Biz xəbər verir ki, “Barselona” sonuncu dəfə İspaniya Superkubokunu ardıcıl şəkildə 2009, 2010 və 2011-ci illərdə qazanıb.

2020-ci ildən etibarən turnirin dörd komandalı formatda keçirilməsinə baxmayaraq, hələ ki heç bir klub kuboku iki dəfə ardıcıl qoruya bilməyib.

Son üç finalın nəticələri isə “Barselona” ilə “Real Madrid” arasındakı rəqabətin nə qədər gərgin olduğunu göstərir:

2024/25 mövsümü - “Barselona” 5:2 “Real Madrid”

2023/24 mövsümü - “Barselona” 1:4 “Real Madrid”

2022/23 mövsümü - “Barselona” 3:1 “Real Madrid”

Fərdi statistikalar da katalonların üstün cəhətlərini ön plana çıxarır. Rafinya ötən mövsüm “Real Madrid”ə qarşı dörd oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Barselona”ya keçdikdən sonra ən çox qolu məhz “Real”a vurub - beş dəfə. Rafinya “Real”la oyunlarda ümumilikdə 8 qol və assistlik nəticə göstərib, bu göstəricidən yalnız “Valensiya”ya qarşı keçdiyi matçlarda üstündür (10).

Digər tərəfdən, Robert Levandovski də “Real Madrid”ə qarşı oynadığı üç Superkubok finalının hamısında fərqlənərək diqqət çəkib.

Beləliklə, qarşıdakı Superkubok finalı yalnız bir titul uğrunda deyil, həm də “Barselona” üçün tarixi ardıcıllığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

İdman.Biz