İspaniya La Liqasının 19-cu turu çərçivəsində “Levante” - “Espanyol” qarşılaşmasında qalib müəyyənləşməyib.
İdman.Biz xəbər verir ki, tərəflər hərəyə bir qol vurublar.
Oyunda hesabı qonaqlar açıblar. 54-cü dəqiqədə Karlos Romero fərqlənib. İki dəqiqə sonra isə “Espanyol”un heyətindən İlker Losado hesabı bərabərləşdirib.
Qarşılaşmadan sonra "Espanyol" 34 xalla beşinci sırada mövqeyini möhkəmləndirib. “Levante” isə 14 xalla 19-cu sıradadır.
19:47
İspaniya La Liqasının 19-cu turunda “Rayo Valekano” “Malyorka”nı qəbul edib.
İdman.Biz xəbər verir ki, oyun ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə bitib.
Hesabı oyunun dördüncü dəqiqəsində ev sahibi açıb. De Furtos komandasını hesabda önə çıxarıb. Matçın 30-cu dəqiqəsində qonaqların heyətindən Vedat Muriqi hesab arasındakı tarazlığı bərpa edib. 42-ci dəqiqədə “Malyorka”nın qapısına penalti təyin edilib. İsi Palazon qapını dəqiq nişan alıb. Oyunun 80-ci dəqiqəsində Oskar Valentin komandasını azlıqda qoyub. Amma bu, oyunun yekun hesabına təsir göstərməyib.
Bu qələbədən sonra “Rayo Valekano” xallarını 22-yə çatdıraraq 10-cu sıraya yüksəlib. “Malyorka” isə 18 xalla 17-ci sıradadır.
