Mario Balotelli BƏƏ-nin “Əl-İttifaq” klubuna transfer olundu

Xəbərlər
11 Yanvar 2026 19:35
54
Mario Balotelli BƏƏ-nin “Əl-İttifaq” klubuna transfer olundu

İtaliyalı futbolçu Mario Balotelli karyerasını yeni klubda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanının deyil, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-İttifaq” klubu ilə müqavilə imzalayıb.

Bu transfer Balotelli üçün peşəkar karyerasında artıq 15-ci klub dəyişimi olub.

Qeyd edək ki, 34 yaşlı futbolçu daha əvvəl Avropanın bir sıra aparıcı klublarında çıxış edib və fərqli ölkələrin çempionatlarında oynamaqla zəngin karyera yolu keçib. “Əl-İttifaq” isə Balotellinin Yaxın Şərqdəki növbəti dayanacağı olacaq.

İdman.Biz