“Mançester Yunayted” heyətini “Liqa 1” oyunçuları ilə gücləndirə bilər

Xəbərlər
20 Noyabr 2025 23:11
22
“Mançester Yunayted” heyətini “Liqa 1” oyunçuları ilə gücləndirə bilər

“Mançester Yunayted"”skautları Fransa liqasında “Renn”in PSJ ilə oyununa qatılaraq iki oyunçunu - 20 yaşlı müdafiəçi Jeremi Jake və 18 yaşlı hücumçu Mohamed Meyteni izləyiblər.

İdman.Biz bu barədə The Sun-a istinadən bildirir.

Mənbənin məlumatına görə, Jake “Renn”lə müqaviləsini 2029-cu ilə qədər uzatmazdan əvvəl “Arsenal” və “Kristal Palas” ötən yay onunla fəal şəkildə maraqlanırdılar.

Jake bu mövsüm 12 Liqa-1 matçında meydana çıxıb, lakin qol vura bilməyib. Meyte 11 Liqa-1 matçında oynayıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

12 liqa matçından sonra “Renn” 18 xalla səkkizinci yerdədir.

İdman.Biz