“Kopenhagen” 35 min tamaşaçıya pivə qonaqlığı verib

Xəbərlər
13 Dekabr 2023 11:29
591
“Kopenhagen” 35 min tamaşaçıya pivə qonaqlığı verib

Danimarkanın “Kopenhagen” futbol klubu qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, paytaxt klubu Çempionlar Liqasının qrup mərhələsinin son – VI turunda "Qalatasaray"la ev oyunundan sonra azarkeşlərə pivə qonaqlığı verib.

Bu, 1:0 hesabı ilə qələbə qazanan kopenhagenlilərin qarşılaşmanı Parken stadionundan izləyən 34 726 izləyicinin ürəyincə olub. Final fitindən sonra stadionunun tablosunda “Arenadan çıxışda hər azarkeşi bir bakal pivə və bir şüşə su gözləyir” yazılıb.

Qeyd edək ki, A qrupunda 1/8 finala yüksələn danimarkalılar bu uğura görə tarixində rekord məbləğdə - 32,7 milyon avro pul mükafatı qazanıblar.

İdman.biz