De La Fuente Türkiyə ilə matç barədə: “Ən yaxşı planımız və oyunumuzla meydançada olacağıq”

Xəbərlər
17 Noyabr 2025 22:57
31
De La Fuente Türkiyə ilə matç barədə: “Ən yaxşı planımız və oyunumuzla meydançada olacağıq”

İspaniya milli komandasının baş məşqçisi Luis de La Fuente DÇ-2026 seçmələri çərçivəsində Türkiyəyə qarşı matçda ən yaxşı oyuncularının meydançada olacağını söyləyib.

İdman.Biz bildirir ki, E qrupunda yarışan komandaların oyunu sabah İspaniyada keçiriləcək.

“Ən yaxşı planımız və oyunumuzla meydançada olacağıq. Həmişə oynayacağımız matç və bizim ən önəmli oyunumuzder. Bu matçı qazanmaq üçün ən yaxşı heyətimizlə meydançaya çıxacağıq. Qazanmaq istəyirik”, - De La Fuente deyib.

İspan mütəxəssis komandasının məğlubiyyətsizli seriyasını 31 oyun çatdırmaq istədiklərini bildirib.

Beş oyundan sonra İspaniya 15 xalla qrup lideridir. Türkiyənin 12 xalı var.

Bu komandaların Türkiyədəki ilk oyunu 6:0 ispanların xeyrinə başa çatmışdı.

İdman.Biz